Bakı, 12 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 75 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 75 mininci üzvü “Mançester Yunayted Futbol Məktəbi” layihəsində iştirak edən 2007-ci il təvəllüdlü Raul Əliyevdir.