Bacısını öldürən şəxs danışdı: "Məqsədim başqa idi" (VİDEO)
ANS TV-nin məlumatına görə, 1963-cü il təvəllüdlü Abduləliyev Nadir İmranəli uzun illərdir ki, həyətində gizlətdiyi odlu silahı bacısının üzərində sınaqdan keçirib. Hadisə isə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Hadisə zamanı 1965-ci il təvəllüdlü Lətifova Aybəniz İmranəli qızı qardaşı Nadir Abduləliyev tərəfindən güllələnib. Hadisə isə Xırdalan şəhərində yerləşən banklardan birinin qarşısında baş verib. Belə ki, hadisədən əvvəl Aybəniz Lətifova qardaşı Nadir Abduləliyevi banka çağıraraq ona kredit götürdüyünü və zamin durmasını xahiş edib. Çağırılan yerə sərxoş vəziyyətdə gələn Nadir Abduləliyev üzərində gəzdirdiyi lüləsi kəsik ov tüfəngilə bacısına iki dəfə atəş açıb.
Saxlanılan şəxs Nadir Abduləliyev etiraf edib ki, bacısı onu kredit götürərkən zamin durmaq üçün çağırıb: “Mən onu yox, o, məni çağırdı ki, bankdan kredit götürmək üçün zamin durum. Onun dediyi yerə gəldim. Ora kredit götürmək məqsədi ilə gəlməmişdim, Sadəcə onu qorxutmaq istəyirdim ki, bacımı bu yoldan çəkindirim ki, kredit götürməsin”.
Açılan güllərdən ikisi də zərərçəkənə dəyib. Yaralı qadın ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Hadisədən sonra Nadir Abduləliyev polislər tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib. O, ifadəsi zamanı etdiyi cinayəti etiraf edib.
Saxlanılan şəxs Nadir Abduləliyev deyir ki, könüllü şəkildə polisə təslim olmaq istəyirdim ki, yolda iki polislər işçisi məni tutub idarəyə gətirdilər.
Faktla bağlı saxlanılan şəxs barəsində Abşeron Rayon Prolkurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. İstintaq davam edir.
Qeyd edək ki, Nadir Abduləliyev və zərərçəkən Aybəniz Lətifova doğma bacı-qardaş olmaqla bərabər onlar həm də qudadılar.
Mənbə
ANS TV: Anar Qafarov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47