Fransanın şərqində naməlum silahlılar zərgərlik əşyaları aparan 2 zirehli maşını qarət ediblər.

ANS PRESS-in məlumatına görə, maşınlarda 9 milyon avroluq daş-qaş olub.

Qarətçilər Parisin 200 kilometrliyində yerləşən Avallon şəhəri yaxınlığında yolun kənarında dayanmış maşınlara basqın ediblər.

Cinayətkarlar 4 maşın və 2 mikroavtobusla hadisə yerindən qaçıblar. Onlar sürücülərə heç bir xəsarət yetirməyiblər. Məlumatlara görə maşınlarda almaz və digər qiymətli daş-qaşlar olub.
Mənbə
ANS PRESS