Bakı sahilində ciddi təhlükə (VİDEO)
ANS TV-nin məlumatına görə, BP şirkətinin “İstiqlal” quyusunda qazıntı işləri apararkən Xəzər dənizinə kimyəvi maddələr axıtması barədə mətbuatda məlumatlar yayılıb. “MUD” adlı bu maddənin su hövzəsindəki canlı həyat üçün təhlükə olduğu bildirilir. Araşdırma nəticəsində məlum oldu ki, qazıntını mart ayının 5-də “Şahdəniz” qaz yatağında BP-nin podratçı şirkəti olan “Caspian Drilling Company” aparırmış.
Mütəxəssislərin bildirdiyinə görə, bu tip qazıntıları aparmaq üçün 500 metrə qədər olan dərinlikdə su əsaslı qazma məhlulundan, daha dərinlikdə isə sintetik, yəni kimyəvi əsaslı mayedən süxurların yumşaldılması üçün istifadə olunur. Və təbii ki, belə olan halda dənizin çirklənməsi və bunun nəticəsi olaraq fauna və floranın məhv olma təhlükəsi yaranır. Baxmayaraq ki, canlı aləm əsasən 30 metrə qədər olan dərinlikdə mövcuddur.
Məsələylə bağlı BP şirkətinin Azərbaycanda fəaliyyət göstərən Xəzər mərkəzinin ünsiyyət məsələləri üzrə meneceri Tamam Bayatlı axıntı faktını təsdiqlədi. Lakin onun sözlərinə görə, qazıntı zamanı maye əsaslı məhluldan istifadə edilib. Bu isə aşağı toksikliyə malik olduğundan, suda tez parçalanaraq ətraf mühit üçün heç bir təhlükə törətmir:
“Bununla bağlı xüsusi olaraq manitorinq aparılacaq. Suyun keyfiyyəti yoxlanılacaq. Hazırda qazma qurğusunun ətrafındakı hövzədə monitorinq aparılır. Hər hansı bir dəyişiklik olarsa, o zaman lazımi tədbirlər görüləcək. Biz ümumiyyətlə dənizə 0 dərəcədə sızmanın olmasını ilə bağlı öz üzərimizə öhdəlik götürmüşük”.
Xanım Bayatlı onu da vurğuladı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi ətraf mühitə təhlükənin qiymətləndirmə sənədində axıntının, hətta səthdən tökülməsi nəzərdə tutulub. BP isə daha təhlükəsiz, sızıntını 5 min metr dərinlikdən edib. Elə anlaşılmazlıq da bu səbəbdən baş verib.
Faktla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, quruma BP şirkəti tərəfindən heç bir məlumat daxil olmayıb. Lakin əldə edilən məlumatlar əsasında, təcili olaraq həmin əraziyə ekspedisiya təşkil edib, araşdırmalara başlanılıb.
Lakin bütün şirkətlərə su əsaslı məhluldan istifadə olunmaq tapşırıldığından nazirlik çirklənmənin olmayacağını ehtimal edir. Bununla belə “İstiqlal” buruğunda ətraf mühitə ziyan dəyməsi faktı müəyyən olunarsa, ziyanın həcmi hesablanacaq və qanuna müvafiq tədbirlər görüləcək.
Mənbə
ANS TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47