Görkəmli nəzəriyyəçi alimin 80 illik yubileyi qeyd olunub
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif Hacıyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli alimin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib.
Akademik İ.Həbibbəyli görkəmli alim A.Hacıyevin istər klassik Azərbaycan ədəbi irsinin və yeni dövr ölkə ədəbiyyatının, istərsə də rus və Avropa ədəbi-nəzəri fikrinin dərin bilicisi olduğunu qeyd edib. Alimin realist və romantik yaradıcılıq tipləri haqqında konseptual müddəalarının müasir ədəbiyyatşünaslıqda bir yenilik kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Akademik bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının mərhələlərinin yenidən dəqiqləşdirilməsinə böyük ehtiyac var. Lakin bu yeni yanaşmanı A.Hacıyevin irsinə müraciət etmədən həyata keçirmək qeyri-mümkündür. A.Hacıyevin çoxşaxəli elmi yaradıcılığından söz açan İ.Həbibbəyli görkəmli alimin klassik ədəbiyyat, ədəbi əlaqələr, ədəbi tənqid sahəsində bir çox fundamental əsərlərin müəllifi olduğunu qeyd edib. Bildirilib ki, A.Hacıyevin elmi yaradıcılığının əsas qayəsini ədəbiyyat nəzəriyyəsi təşkil edirdi.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək A.Hacıyevi gözəl pedaqoq kimi xatırladığını qeyd edib. Vurğulanıb ki, bir çox Azərbaycan gənclərinin elmə gəlməsində, alim kimi yetişməsində onun böyük zəhməti olub. Qeyd edilib ki, A.Hacıyevin elmi fəaliyyətə başladığı dövrdə rus dilində yazan alimlərə böyük ehtiyac var idi. O, ədəbiyyatşünaslıq elmimizdəki bu boşluğu layiqincə doldurub. A.Hacıyev keçmiş sovet məkanında kifayət qədər tanınan və elmi fikirləri çox ciddi qəbul olunan bir şəxsiyyət idi.
Tədbirdə filologiya üzrə elmlər doktorları Aida Feyzullayeva, Nailə Muradəliyeva, Sara Osmanlı, Rafiq Novruzov və başqaları məruzələrlə çıxış edərək A.Hacıyevin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri, bir şəxsiyyət kimi özünəməxsus xüsusiyyətləri, vətənpərvər ziyalı obrazı haqqında geniş və əhatəli məlumat veriblər. Bildirilib ki, A.Hacıyevin elmi irsi bu gün də aktuallığını saxlamaqdadır. Onun elmi irsinin tədqiqi və öyrənilməsi ədəbiyyatşünaslıq elmimizin daim diqqət mərkəzində olmalıdır.
Sonda görkəmli nəzəriyyəçi A.Hacıyevin ailəsi adından həyat yoldaşı Rəfiqə xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə görkəmli alimin həyat və yaradıcılığı barədə slayd nümayiş olunub, iştirakçılara onun kitabları hədiyyə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47