YAP Xocalı rayon təşkilatının 20 illiyi qeyd edilib
Goranboy, 11 mart, AZƏRTAC
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yubiley tədbirini YAP rayon təşkilatının sədri Vahid Əliyev açaraq, ötən 20 ildə təşkilatın daha da möhkəmlənməsi üçün görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, 20 il ərzində YAP Xocalı rayon təşkilatı bir çox uğurlara imza atıb. Hazırda rayon təşkilatının 684 nəfər üzvü var. Onların 242 nəfərini qadınlar, 225 nəfərini gənclər təşkil edir.
Yubiley tədbirində o da vurğulanıb ki, xocalılılar 23 ildir respublikanın müxtəlif bölgələrində məskunlaşıblar. Lakin buna baxmayaraq, onlar Yeni Azərbaycan Partiyasına, eləcə də onun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə böyük ümid bəsləyir və gec-tez ata-baba yurdlarına qayıdacaqlarına inanırlar.
Sonra Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Yeni Azərbaycan Partiyası mərkəzi aparatının məsul əməkdaşı Rəfael Gülməmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları əlamətdar yubiley münasibətilə yığıncaq iştirakçılarını təbrik edərək, onlara bu siyasi qurumdakı fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.
Sonda bir qrup partiya fəalına fəxri fərmanlar və partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47