Azərbaycan, Bakı, 11 mart /Trend/

Tanzaniyada avtobusun konteyner daşıyan yük maşını ilə toqquşması nəticəsində ən azı 41 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza zamanı 23 sərnişin müxtəlif dərəcəli xəsarət alıb.

Toqquşma nəticəsində konteyner içərisində 60-dan çox sərnişinin olduğu avtobusun üzərinə düşüb.

Yerli polisin məlumatına əsasən, ölənlərin sayı arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az