2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair təkliflər MDB İcraiyyə Komitəsində razılaşdırılıb
Minsk, 11 mart, AZƏRTAC
Martın 10-11-də Minskdə, MDB İcraiyyə Komitəsində 2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair razılaşdırılmış təkliflər hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib.
AZƏRTAC bu barədə Birliyin qərargahının mətbuat xidmətinə istinadla xəbər verir.
İclasda Tədbirlər Planının layihəsinə dair Azərbaycandan, Belarusdan, Qırğızıstandan, Rusiya Federasiyasından və Tacikistandan daxil olmuş təkliflər müzakirə edilib.
İclas iştirakçıları MDB üzvü olan dövlətlərdə Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 2020-ci ilə qədər olan dövrdə Birliyin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının layihəsinə dair razılaşdırılmış təkliflərini hazırlayıblar.
Plan layihəsinin əmək sahəsinə aid bölməsinə ümumi əmək bazarının mərhələlər üzrə formalaşmasına və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinə, əhalinin məşğulluğu və əmək miqrasiyası sahəsində qanunvericiliklərin yaxınlaşdırılmasına, əməkçi miqrantın elektron kartının tətbiq edilməsinə, istehasalatda bədbəxt hadisələrin və işçilərin sağlamlığına dəymiş başqa zərərin təhqiqatı barədə tədbirlər daxil edilməsi təklif olunur.
Sosial sferada MDB ölkələrinin vətəndaşlarının pensiya təminatı sahəsində dövlətlərarası normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, imkanları məhdud olan uşaqların, tənha ahıl insanların və əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasına, müharibə veteranlarına tibbi-sosial köməyin inkişaf etdirilməsinə və onların həyatının keyfiyyətinin artırılmasına, Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları üçün sosial zəmanətlərin təmin edilməsinə dair tədbirlər nəzərdə tutulub.
İşçi qrupun iclasının yekun materiallarını MDB iştirakçısı olan dövlətlərdə Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının üzvlərinə və Şuradakı müşahidəçilərə göndərmək qərara alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47