Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı beynəlxalq tədbirlərdə iştirak edib
Bakı, 11 mart, AZƏRTAC
Türkiyənin Böyük iyirmilərin sammitinə (G20) sədrliyi dövründə Azərbaycan Respublikası xüsusi dəvətli ölkə olaraq G20 tədbirlərinə dəvət olunub. Həmin dövrdə şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) istiqamətində antikorrupsiya üzrə işçi qrupun iclaslarının keçirilməsi nəzərdə tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 4-5-də İstanbulda antikorrupsiya üzrə işçi qrupun ilk iclası keçirilib.
Tədbirdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının qiymətləndirmə mexanizmləri, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, dövlət və özəl sektorun şəffaflığı, yüksək riskə malik sektorlarda korrupsiyanın qarşısının alınması və digər məsələlər müzakirə edilib.
Antikorrupsiya üzrə işçi qrupun ilk iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib.
Bundan başqa, O.İsayev martın 6-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Türkiyə hökuməti tərəfindən təşkil edilmiş 5-ci yüksək səviyyəli konfransda da iştirak edərək müzakirə olunan məsələlərlə bağlı iştirakçı ölkələrin nümayəndələri ilə səmərəli fikir mübadiləsi aparıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47