Bank of Baku məzənnənin dəyişməsi nəticəsində əlavə silinmiş məbləğləri geri qaytarıb
Bakı, 11 mart, AZƏRTAC
Bank of Baku məzənnənin dəyişməsi nəticəsində kartlardan əlavə silinmiş məbləğləri geri qaytarıb. Bank bununla bağlı açıqlama yayıb.
Bank of Bakudan AZƏRTAC-a daxil olan açıqlamada bildirilir ki, ABŞ dollarının və avronun manata qarşı bahalaşması zamanı əvvəlki tarixlərdə kartlarla xarici valyuta ilə aparılmış əməliyyatlar ötən əməliyyat tarixinə olan məzənnə ilə hesablanıb. Lakin bankla tərəfdaşları arasında hesablaşma tarixləri artıq bahalaşma baş vermiş tarixlərə təsadüf etdiyindən, əlavə məbləğlərin silinməsi baş verib.
Bankın açıqlamasında deyilir ki, bütün beynəlxalq ödəmə kartlarının şərtlərinə əsasən, müştərilərlə hesablaşma, bankın ticarət müəssisəsini xidmət edən bankla hesablaşdığı günün məzənnəsinə uyğun olaraq, banka göndərilən maliyyə məktubu əsasında aparılır. Yəni, müştəri ödəniş etdiyi gün ödənişi özünün xidmət olunduğu bank tərəfindən qəbul edilsə də, bank xarici bankla hesablaşmaq üçün maliyyə məktubunu gözləyir. Bu məktub 45 günədək göndərilə bilər və göndərildiyi günün məzənnəsinə uyğun hesablaşma aparılmalıdır. Bu dünya təcrübəsidir və bütün bankların plastik kartları ilə əməliyyatlar eyni qaydada aparılır. Beləliklə, xarici valyutalar ilə fevralın 21-dən əvvəl plastik kartlarla ödəniş edən, lakin bankların hesablaşması bu tarixdən sonra olan müştərilərin borclanmasında məzənnəyə görə təbii artım yaranıb. Yəni, ABŞ dolları və avro manata qarşı bahalaşdığı üçün, habelə digər bahalaşan valyutalara görə müştərilərdən həmin fərq tutulub. Müştərilərinə daim dəyər verən, onların məmnuniyyətini üstün tutan Bank of Baku çoxsaylı müraciətləri nəzərə alaraq bu fərqləri öz hesabına geri qaytarıb. Beləliklə, 2581 tranzaksiya müştərilərə geri qaytarılıb və onların mobil telefonlarına bu barədə SMS göndərilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47