APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qazaxıstandakı diplomatik mənbə bildirib ki, bu həftə planlaşdırılan görüş başqa vaxta təxirə salınıb.Rusiya, Qazaxıstan və Belarus liderlərinin görüşünün vaxtı dəyişdirilib
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. "Həqiqətən, üç ölkənin liderləri Astanada planlaşdırılan görüşün bir neçə gün sonra keçirilməsi haqda razılığa gəliblər", - deyə D.Peskov bildirib.
Qeyd edək ki, martın 9-da Kremlin mətbuat xidməti prezident Vladimir Putinin qazaxıstanlı həmkarının dəvəti ilə Rusiya-Belarus-Qazaxıstan liderlərinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 12-13-də Astanaya səfər edəcəyi haqqında məlumat yayıb.
Milli.Az