Bakı, 11 mart, AZƏRTAC 
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb. Ona məxsus “VAZ-2107” markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8 kiloqram 10 qram marixuana aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.