Bakı, 11 mart, Nihat Budaqov, AZƏRTAC
“Şahdəniz” qaz-kondensat yatağından gündəlik 29 milyon kubmetr qaz alınır. Bu günədək yataqdan 60 milyard kubmetr qaz və 15 milyon ton kondensat hasil edilib. Həmin qazın təxminən 32 milyard kubmetri Türkiyəyə, 4,5 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Akademik qeyd edib ki, “Şahdəniz” qaz-kondensat yatağının ehtiyyatı 1 trilyon 200 milyard kubmetrdir. Yatağın kondensat ehtiyyatı isə 240 milyon tondur.