Bakı Expo Mərkəzində “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Martın 12-də Bakı Expo Mərkəzində “Beynəlxalq gülçülük, landşaft və şəhərsalma sərgisi” (AfuExpo) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin “Atılım Fuarçılık” və “ElanExpo” şirkətlərinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. Bildirilib ki, “AfuExpo” sərgisində 12 müxtəlif ölkədən 150-dən çox şirkətin iştirakı gözlənilir. Tədbirdə dünyanın hər tərəfindən bu sahədə mükəmməl təcrübə toplamış şirkətlər bir araya gələcəklər. Azərbaycandan “By Art”, “Kafurpas”, “Gardenia”, “Abseron Botanik”, “Caspian Botanik”, “Green Life”, Türkiyədən “Hidromak”, “Güneri Makine”, “Erdemli Makine”, “Polight”, “As Beton”, “Peyart”, İtaliyadan “Arcangeli”, “Piante Faro”, “Innocenti& Mangoni”, Belçikadan “Arbor, “VandePutte”, Almaniyadan “Pflanzenhandel Lappen”, “Bruns”, “Lorberg”, Hollandiyadan “Fides & Greneth”, İspaniyadan “Ornamental Valencia”, Kolombiyadan “Matina Flowers” kimi məşhur şirkətlət “AfuExpo”nun iştirakçıları arasında olacaqlar.
“Atılım Fuarçılık” şirkətinin rəhbəri Salim Şahin 15 illik təcrübəyə malik olduqlarını dedi: “Dünya ölkələri ilə əlaqələrimiz genişdir. Bu gün qardaş ölkəmiz olan Azərbaycanda işə başlamağımızdan, sərgi açmağımızdan məmnunuq. Məmnunluğun qarşılıqlı olacağına əminik. Məlumdur ki, bu il Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bununla əlaqədar Bakı şəhəri başda olmaqla, Azərbaycanın hər yerində landşaft və şəhərsalma sahəsində böyük müasirləşmə və yenilənmə işləri görülür. Tərəfdaşlarımız yaşıllaşdırma və landşaft ehtiyaclarını qarşılamaq üçün şirkətlərimizin imkanlarından yararlana biləcəklər”.
Mətbuat konfransında qeyd edilib ki, ziyarətçilər “AfuExpo” sərgisinə martın 12-dən 14-dək saat 10-dan 18-dək seyr edə biləcəklər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47