Kim Devison üç övladı və rəfiqəsi Cessi Lu ilə birlikdə çayda üzürdü.
Onlar çayda olarkən Kimin əri üzənlərin fotosunu çəkib və Facebook-dakı profilində yerləşdirib.
Lakin az sonra onlar fotoya baxanda qorxublar, heyrətləniblər.
Çünki fotoda daha bir uşağın başı görünürdü.
Milli.Az ABC-yə istinadən bildirir ki, olay Avstraliyanın Kuinslend əyalətinin cənub-şərqindəki Merfi bölgəsində, Lokyer çayında yaşanıb.
Fotoda aydın görünən dördüncü uşağın kimliyini Kim Devison və Cessi Lu bilmirlər.
Yerli sakinlər isə deyirlər ki, fotoda ruh əks olunub. Həmin ruh isə 1915-ci ildə həmin çayda üzərkən batmış 13 yaşlı Dorin O-Sallivandır.
100 il əvvəl boğulmuş Dorinin ruhunu bu çayda indiyədək görənlər az olmayıb.
Kuinslendli Kim Devison fotonun manipulyasiya məhsulu, montaj olmadığını deyir.
"Bu şəklə inanmayanlar da var. Zarafat etdiyimizi düşünənlər də xali deyil. Amma foto realdır. Çayda mən, 3 övladım və rəfiqəm Cessi vardı. Lakin sonradan fotoda daha bir uşaq "peyda" olub. Çox qorxmuşuq. Nə edəəcyimizi bilmirik", - Kim Devison söyləyib.
Kim Devisonun dediyinə görə, kiçik qızı çayda üzərkən ayağından kiminsə yapışdığını, sıxıb buraxdığını deyir.
Onun oğlu isə çayda, suyun altından insan səsi gəldiyini söyləyib.
Milli.Az









