Bu gün səhər saatlarda Bakı Metropolitenində dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə “Gənclik” stansiyasından çıxışda qeydə alınıb.

Girşidə qəfil yıxılaraq dünyasını dəyişən 1951-ci il təvəllüdlü Sabir Balamirzə oğlu Bağırovdur.

İlkin ehtimala görə, kişi ürək çatışmazlığından dünyasını dəyişib.

Onun ölüm səbəbləri araşdırılır.

Mənbə
ANS PRESS