"Bayer Münxen"in yarımmüdafiəçisi Frank Riberi Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Şaxtyor" haqda fikirlərini bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu rəqibin məşqçisini də yüksək qiymətləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu rəqibin məşqçisini də yüksək qiymətləndirib.
""Şaxtyor"u məğlub etməliyik. Bu, çox vacibdir. Rəqibin heyətində əla hücumçular var. Bunu nəzərə almaq lazımdır. Donetsk klubu əks-hücumlarda yaxşı oynayır. 1/4 finala vəsiqə qazanmaq bizim üçün mühüm əhəmiyyət kəsb edir. "Şaxtyor" layiqli rəqibdir. Amma "Bayer" daha güclüdür. Təbii ki, qələbə qazanıb yolumuza davam etməyə çalışacağıq. Mirça Luçesku təcrübəli mütəxəssisdir. Onun adı bizə yaxşı tanışdır. Ötən illərdə Luçesku bir sıra uğurlar qazanıb. Artıq ilk oyunda bizi nə gözlədiyini bilirdik deyə nəticəyə təəccüblənmədik".
Milli.Az
Milli.Az