Ermənilər qondarma soyqırımla bağlı mükafat hazırlamağı planlaşdırırlar. ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, diaspora Hollivudun tanınmış simaları ilə birlikdə soyqırımların qarşısının alınması üçün 2016-cı ildən etibarən Aurora Oyanan İnsanlıq mükafatı verməyə hazırlaşır. 1 milyon dollarlıq ilk mükafatın isə gələn il aprelin 24-də veriləcəyi deyilir.

"New York Times" qəzetinin məlumatına görə, mükafatın adı ermənilərin deportasiyasından xilas olaraq həyatını bu məsələyə həsr edən Aurora Mardiqayanın adından götürülüb.
Mükafataın müsiflər heyətində Corc Kluni, Nobel sülh mükafatının sahibləri Elie Uiesel, Oskar Arias, BMT-nin keçmiş insan haqları komissarı Meri Robinson, BMT-nin soyqırımlarının qarşısının alınması üzrə müşaviri Qaret Evans və başqaları var.

Mükafatın ilk təqdimatı gələn il İrəvanda baş tutmalıdır. Sahibi onu Corc Klunin əlindən alacaq.

Mükafatın təsisçiləri arasında Rusiyanın erməni əsilli sərmayəçilərindən olan Ruben Vardanyan da yer alır. O, Kluni, Mett Deymon, Bred Pitt və sairə Hollivud ulduzlarının qurucuları arasında olduğu "Not On Our Watch" adlı ictimai təşkilatla işbirliyi edir.
Mənbə
ANS PRESS