Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Portuqaliyada "Portu" "Bazel"i sınağa çəkib. İsveçrədə keçirilən görüşdə 1:1 hesablı heç-heçə edən “Portu” bu dəfə rəqibini darmadağın edib – 4:0. Bununla da portuqaliyalılar 1/4 finala yüksəliblər.

Madriddə isə "Real" "Şalke"ni qəbul edib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Kral klubu" bu matça bir qədər rahat çıxıb. Dramatik oyunda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb, “Real” növbəti mərhələyə adlayıb.
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Bu gecə keçiriləcək iki matçla daha iki 1/4 finalçının adı bəlli olacaq.

“Çesli” Londonda PSJ-ni qəbul edəcək. Fransada baş tutan ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından bügünkü oyuna maraq böyükdür.

Digər görüşdə “Şaxtyor” (Donetsk) “Bavariya”nın qonağı olacaq. “Alyans Arena”da keçiriləcək oyuna da maraq az deyil. Ukraynada oynanılan ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınsa da, Münhen klubu cütün favoriti hesab olunur.

11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

(İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

(İlk oyun - 0:0)

10 mart
 
"Portu" (Portuqaliya) - "Bazel" (İsveçrə) - 4:0
Qol:
Brahimi, 14, Herrera, 47, Kasemiro, 56, Abubakar, 76
(İlk oyun - 1:1)

"Real" (Madrid, İspaniya) -
"Şalke" (Almaniya) - 3:4
Qol:
Fuks, 20 (0:1), Ronaldu, 25 (1:1), Huntelaar, 40 (1:2), Ronaldu, 45+1 (2:2), Benzema, 53 (3:2), Sane, 57 (3:3), Huntelaar, 89 (3:4)
(İlk oyun - 2:0)

Milli.Az