Türkiyədə yas mərasimində qəribə bir halallıq istəmə hadisəsi baş verib.Təziyə mərasimində iştirak edənlərə mərhumun bir həftə əvvəl telefona qeyd edilmiş səsi dinlədilib
Anspress-in məlumatına görə, təziyə mərasimində iştirak edənlərə mərhumun bir həftə əvvəl telefona qeyd edilmiş səsi dinlədilib.
Zonquldaq vilayətinin Kilimli rayonu sakini, 96 yaşlı Hamit Kiçik dünyasını dəyişib. Cənazə namazını qılan din xadimi Fikri Karslı halallıq istənəcəyi zaman mərhumun telefonunda olan səsindən istifadə edib.
Hadisə barədə jurnalistlərə açıqlama verən din xadimi ötən həftə cümə namazından sonra mərhumla görüşüb söhbət etdiyini, Hamit Kiçiyin artıq çox yaşlandığını və öləcəyini hiss etdiyini dediyini bildirib. Karslı, həmçinin qonşulardan halallıq istəyərkən səsini telefona qeyd etdiyini bildirib.
“Mən Kiçiyin “qonşular, mən gedirəm, haqqınızı halal edin, mən sizə haqqımı halal edirəm” sözlərini mobil telefonuma qeyd etdim. Bundan bir həftə sonra Kiçik dünyasını dəyişdi. Cənazə namazını mən qıldırdım. Təziyəyə gələnlərə telefondan mərhumun səsini dinlədərək halallıq istədim. İnsanlar da halallıq verdilər”.
Milli.Az