Paris, 11 mart, AZƏRTAC 
Ermənistanda beynəlxalq valyuta ehtiyatları kəskin şəkildə azalmaqdadır. Cari ilin yanvar ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.
Keçən ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris