[ 10 Mart 2015 17:21 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakcell" şirkəti ölkədə ən sürətli mobil internet xidmətini təqdim edir.

 

Mobil operatordan "APA-Economics"ə verilən məlumata görə, "Ookla" şirkətinin "Netindex" reytinqinə əsasən, "Bakcell" mobil operatorlar arasında mobil data trafikinin sürətinə görə rəqibləri ilə müqayisədə daha yüksək göstəriciləri ilə 1-ci yerdə (13.2 Mbps), ölkənin əsas internet provayderləri (şəhərlərarası və sabit şəbəkə operatorları daxil olmaqla) arasında isə internet trafikin sürətinə görə 3-cü yerdədir (10.41 Mbps sürətlə).

 

Bu reytinq Azərbaycanda İnternet provayderləri və mobil operatorların abunəçilər tərəfindən ən azı 100 dəfə www.speedtest.net və ya www.pingtest.net vasitəsilə ölçülmüş statistik indikatorlarının nəticələri əsasında formalaşıb.

 

2011-ci ildə "3G Sür@" xidmətinin istifadəsinə start verildikdən sonra "Bakcell" müxtəlif müstəqil şirkətlər tərəfindən, o cümlədən, "Ookla" şirkətinin "Netindex" reytinqinə əsasən həyata keçirilən testlərin nəticələrinə görə ölkədə ən sürətli Mobil İnternet təcrübəsini təmin etməyə başlayıb.

 

"Hal-hazırda 2000-dən çox abunəçi "Bakcell" şirkətinin 4G LTE xidmətini test etmək və Azərbaycanda ən sürətli mobil internetdən istifadə etmək imkanına malikdir. "Bakcell" şirkətinin təmin etdiyi Mobil İnternet xidmətinin son yüksək nəticələri göstərir ki, Şirkət müştərilərə ən keyfiyyətli mobil data təcrübəsinin təmin edilməsində öz mövqelərini gücləndirməkdədir. Biz hər il şəbəkəmizə investisiya edir, onu təkmilləşdirir və ölkənin aparıcı mobil internet provayderi olmaqda davam etməyə çalışırıq”, - "Bakcell"in baş texniki direktoru Yigit Berktaş deyir.