[ 10 Mart 2015 17:03 ]



Bakı – APA. Ermənistanın Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ermənistan Milli Olimpiya Komitəsi qəbul edib.

 

Bu gün keçirilən toplantıda qərara alınıb ki, yarışa qatılıb-qatılmamağı hər bir idmançının özü müəyyənləşdirəcək.

 

Qeyd edək ki, Avropa Oyunlarında 50 ölkənin iştirakı nəzərdə tutulub.