Ermənilər Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəklər.

ANS PRESS-in məlumatına görə, bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin toplantısında qəbul edilib.

Ancaq Komitə idmançılara təzyiq göstərməyəcək. Bakıya getmək qərarını erməni idmançıları müstəqil şəkildə özləri verəcək.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Levon Culfalakyan Bakıya getməyin əleyhinə olduğunu bildirmişdi. Ermənistanın idman naziri isə erməni idmançılarının Avropa Oyunlarında iştirakının vacib olduğunu bildirmişdi.
Mənbə
ANS PRESS