[ 10 Mart 2015 16:39 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Minskdə Belarus və Azərbaycanın gələcək 5 il müddətinə əməkdaşlıq proqramı iki ölkənin iqtisadi-ticarət üzrə IX Hökumətlərarası Komissiyasının üzvləri tərəfindən müzakirə olunacaq.

APA-Economics”in “BELTA” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən komissiyanın toplantısında Belarus baş naziri Vladimir Semaşko bildirib.

 

“Mən bu komissiyanın toplantısına Azərbaycan prezidenti İlham Əliyevin bu ilin noyabrın sonunda - dekabrın əvvəlində Belarusa baş tutacaq səfərinə hazırlıq kimi baxıram. Bu müddətə qədər biz bir nəticə əldə etməliyik”, - deyə V. Semaşko bildirib. 

 

Baş nazirin müavini qeyd edib ki, son illər ərzində Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi faktiki olaraq 5 dəfəyə qədər artıb: “Təkcə ölkələrin iqtisadiyyatı üçün asan olmayan 2014-cü ildə bu rəqəm 13,9% artıb”.

 

Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov isə bildirib ki, “Belarus nəinki inkişaf edir, hətta siyasi, iqtisadi və mədəni cəhətdən güclənir”.