“Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-
- Peşə mütəxəssisliyi nə deməkdir və necə sübut olunur?
- ISO 17024 Personal sənədləşdirmə akkreditasiya xidməti olan bu; beynəlxalq standartın tələbləri; yenə beynəlxalq olaraq iş-vəzifə tanıtımlarında hər ölkədə keçərli olacaq şəkildə kod verilmişdir və çalışanların bu koda uyğunluq kriteriyalarının nəzarət edilməsi məqsədi ilə imtahan mərkəzləri açılmışdır. Bu imtahan mərkəzləri; akkreditasiya təşkilatları tərəfindən akkreditasiya edılərək müstəqil və imtahan sonrası verilən sertifikatların beynəlxalq keçərliliyi olması üçün səlahiyyətli hala gətirilirlər. Bu şəkildə akkreditasiya olmuş təşkilatlardan; imtahan verərək sertıfıkat alan şəxslər müraciət etdikləri kodda imtahana girərək imtahandan sonra imtahan ballarını keçərli isə beynəlxalq sertifikat alaraq; həqiqətən o peşənin tələblərini ödəyən bilik və təcrübəyə sahib olduqlarını sübut etmiş olurlar. Ümumiyyətlə, bir peşənin mütəxəssislik mərhələlərinə görə, 3-dən 8-ə qədər fərqli səviyyələrdə araşdırmaq və ona görə imtahan təşkil etmək mümkündür.
- Peşə mütəxəssisliyi beynəlxalq mənada olurmu?
- Bəli, yuxarıdakı sualda bəhs edildiyi kimi Şəxslər peşə mütəxəssisliklərini beynəlxalq statusda: hazırlanmış uyğun bir imtahan mərkəzində açılmış imtahana daxil olaraq: imtahandan müvəffəqiyyətli olduqları təqdirdə alacaqları sertifikat beynəlxalq status daşıyacaq.
- Dünyada peşə mütəxəssisliyi nə səviyyədədir?
- Avropa ölkələrində çox yayılmış olan bəhs etdiyimiz imtahan mərkəzləri fəaliyyət göstərməkdədirlər. Xüsusi ilə neft sektorunda peşə kodlar və səviyyələr sistemi aktiv olaraq istifadə olunmaqdadır.
- Azərbaycanda peşə mütəxəssisliyinin səviyyəsi necədir?
- Sadəcə bir neçə xüsusi təşkilatlarda : ISO 17024-dən akkreditasiya olmuş imtahan mərkəzi mövcuddur. Ancaq dünyadakı və Avropadakı inkişafa baxsaq, sayca çox azdı, xüsusən mütəxəssis istəyən peşələrə əsasən imtahan mərkəzlərinin açılması çox vacib məsələdir.
- Peşə mütəxəssisliyinin yüksək olmasının faydaları nədir?
İş verən qurum hər zaman peşə mövqeyi üçün işə alacağı namizədlərin:
· Namizədin mövzusu ilə əlaqəli təhsil almış olmasını
· İşlə bağlı daha əvvəl qazandığı təcrübəyə sahib olması
· Əgər vəzifəsi tələb edirsə idarəçiliklə bağlı qabiliyyətinin mövcudluğu
· Sənədlər haqqında məlumat
· Arxivləmə məlumatı
· Hesabat məlumatı kimi
Bir çox kriteriyaların namizədin bilməsini istər. Təbii ki, bununla bahəm peşəkarlıq səviyyəsini, yəni “yüksək-orta-aşağı” səviyyələrdə olması tələb oluna bilər: amma bu dərəcələrin iş verən təşkilat tərəfindən qoyula bilməsi üçün ayrı bir proses həyata keçirmək yerinə “akkreditasiya edilmiş imtahan mərkəzlərində” peşə kifayətliliyi imtahana girmiş namizədlər seçim edəcəkdir. Çünki, dərəcələndirmə işi başqa mütəxəssis tərəfindən və ya bir təşkilat tərəfindən həyata keçirildiyindən iş verən təşkilat bu mövzularda yenidən hazırlıq arasdırma v.s. metodlar hər zaman itirmək məcburiyyətində olmayacaqlar.
- Peşə mütəxəssisliyi səviyyəsinin beynəlxalq olmasının nə kimi faydaları var?
- Namizədin müstəqil bir quruluş tərəfindən akkreditasiya edilməsi; prestij və namizədin iş verən təşkilata verəcəyi servisin keyfiyyətinə olan etibarı mübahisəsiz Qəbul edilən hala gətirəcəkdir.
· Namizədlərin bilik səviyyələrinin kifayətliyi və ya bilgilərin yenilənməi, müasirləşdirilməsi ehtiyacını beynəlxalq səviyyədə qarşılanmış olur.
· Bu akkreditasiya sayəsində xaricdə çalışmağı planlaşdıran namizədlərin də asanlıqla işə qəbulu üçün yardımçı olacaqdır.
· Azərbaycan da dövlət təşkilatlarında; çalışmaq istəyən işçi namizədlərinin də peşəkar mütəxəssislik sertifikatı axtarması: seçmə sistemlərinin etik olaraq çalışdığını və namizədlərin fərq güdülmədən beynəlxalq səviyyələrə görə işə qəbul olduqlarını göstərmək adına yaxşı bir örnək təşkil edəcəkdir.
· Əlaqəli digər dövlət mövqelərində isə seçiləcək namizədlərin peşəkar sertifikat sahibi olmaqlarına diqqət yetirirlərsə və ya bunu məcburi hala gətirirlərsə inteqrasiya olaraq ISO sistemlərinin həyata keçirilməsi, qiymətləndirilməsi və nəticələri faydalı modelə çevrilməsi tarixi önəm daşıyacaq qədər ciddi olacaqdır.