Berlin, 10 mart, AZƏRTAC
Bir sıra Şərqi Avropa ölkələrinin hökumətləri nüvə elektrik stansiyalarına yanacağın eyni mənbədən daxil olmasının mümkünlüyü üzərində dərindən düşünməli olacaqlar. Bu barədə alman qəzetləri Brüsselin Avropa Enerji İttifaqı yaradılması planına istinadla yazırlar. Layihə müəllifləri hesab edirlər ki, “Avropa İttifaqı ölkələri nüvə yanacağı və müvafiq xidmətlərin satışından çox asılıdırlar. Satış təhlükəsizliyinin təmin olunması üçün onların şaxələndirilməsi lazımdır”.
Bu fikri təsdiqləyən Avropa İttifaqı məsələləri üzrə dövlət müşaviri Tomaş Prouza deyib: “Məsələ, hələ ki, qəti şəkildə qoyulmayıb, lakin zaman keçdikcə bu işlə də məşğul olmaq lazım gələcək”.
Nüvə yanacağı satışında Rusiyanın “TVEL” şirkətinə alternativ isə “Westinghouse” Yaponiya və Amerika şirkəti ola bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin