Bakı, 10 mart, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ən böyük aktivi və qardaş ölkənin yeganə xammal istehsalçısı olan “Petkim” 2014-cü ili 4,13 milyard türk lirəsi dövriyyə ilə 111,4 milyon türk lirəsi ümumi mənfəət və 94 milyon türk lirəsi qazanc ilə tamamlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O bildirib ki, dünyada neft qiymətlərindəki dəyişikliyin bütün sektorlara təsir göstərdiyi bir dövrdə şirkətin aktiv böyüklüyü 3,25 milyard türk lirəsindən 3,79 milyard türk lirəsinə yüksəlib. Şirkətin 45 ölkəyə reallaşdırdığı satışların məbləği isə 563,5 milyon dollara çatıb.