Günəş batareyaları ilə işləyən təyyarə dünya səyahətinin birinci mərhələsini başa vurub
Bakı, 10 mart, AZƏRTAC
Texniki problemlərə və əlverişsiz hava şəraitinə baxmayaraq günəş batareyaları ilə qidalanan İsveçrənin Solar Impulse 2 təyyarəsi 12 mərhələdən ibarət dünya ətrafı səyahətin ilk mərhələsini Omanın paytaxtında başa vurub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar təyyarənin yerli vaxtla 20:15-də Maskat şəhərinin aeroportunda yerə endiyini bildiriblər.
Səyahətin 5 ay davam edəcəyi planlaşdırılır. Bu müddət ərzində Solar Impulse 2 təyyarəsi 35 min kilometr uçmalıdır. Aparatı növbə ilə isveçrəli pilotlar Andre Borşberq və Bertran Pikar idarə edəcəklər.
Elektrik sistemində baş vermiş nasazlıq səbəbindən təyyarə Birləşmiş Ərəb Əmirliyinin paytaxtından 15 dəqiqəlik gecikmə ilə havaya qalxıb və 13 saat sonra - planlaşdırıldığından bir saat gec Omanda yerə enib. Gecikmənin səbəbi kimi əlverişsiz hava şəraiti göstərilir. Qeyd edək ki, müasir sərnişin təyyarələri bu məsafəni bir saata qət edirlər.
Bu gün təyyarənin Hindistan istiqamətində yola düşəcəyi gözlənilir. Oradan Çinə yollanacaq təyyarə daha sonra Sakit Okeanı qət etməlidir. ABŞ və Avropa ölkələri üzərindən uçaraq Birləşmiş Ərəb Əmirliklərində dünya səyahətini başa vuracaq Solar Impulse 2-nin Rusiyanın hava məkanından keçməyəcəyi bildirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47