Xaçmazda zona müşavirəsi
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, tədbirdə məqsəd tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi sisteminin, o cümlədən səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırlması sahəsində qarşıya çıxan məsələlərin səhiyyə müəssisələri ilə birgə müzakirəsi olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin fəaliyyət sahələrində əhaliyə göstərilən xidmətin müasir tələblərə uyğun qurulması, bu sahələrdə iş mexanizmlərinin şəffaflaşdırılması yönündə son bir ildə aparılan işləri diqqətə çatdırıb. Bu işlərdən biri kimi, ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqindən söz açılıb. Bildirilib ki, burada əsas məqsəd tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması yolu ilə əlillik təyinatlarında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəfafflığın təminatıdır. Sistemin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formaları təsdiq edilib və artıq səhiyyə müəssisələri tərəfindən əlillik müayinəsinin aparılması üçün həmin göndəriş formaları elektron qaydada TSEK-lərə göndərilir. Hazırda qarşıda duran əsas məsələlərdən biri də həmin göndəriş formalarının tərtib olunması qaydasının təkmilləşdirilməsi, əlillik müayinələrinin nəticələrinin rəsmiləşdirilməsində xəstəliklərin beynəlxalq təsnifatından irəli gələn prinsiplərə istinad olunmasıdır.
Müşavirədə qeyd olunan məsələlər ətrafında müzakirələr aparılmaqla, əlillik müayinəsi üçün göndəriş formalarında əsas və yanaşı diaqnozun, xəstəliyin ağırlaşması hallarının düzgün müəyyən olunması, göndərişlərdə əlilliyin müəyyən olunması üçün daha dəqiq və obyektiv yanaşmalara imkan verən diaqnozun əksini tapması ilə bağlı da fikir mübadilələri aparılıb.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47