Bakı, 10 mart, AZƏRTAC
Bakının Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində təmir işlərinə start verilib. Ümumi uzunluğu 1800 metr, eni isə 9 metr təşkil edən küçədə köhnə beton səki daşları sökülərək ərazidən kənarlaşdırılır.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri çərçivəsində küçə boyu yol konstruksiyasının əsasının yararsız vəziyyətə düşən hissələri bərpa olunacaq və səki daşları dəyişdirilərək yeni asfalt-beton örtüyü döşənəcək.