Cari ilin ilk iki ayında ölkəmizdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 1688,7 min manat olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, elektron ticarətin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artıb.
 
Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9 faizini qeyri-ərzaq malları təşkil edib. 
 
CAHANGİR