Xaçmaz rayonundakı 15 saylı Tibbi-Sosial Ekspert Komissiyası müasir iş şəraiti ilə təmin olunub
Xaçmaz, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu üzrə 15 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) yeni iş şəraiti və müasir avadanlıqlarla təmin olunub.
AZƏRTAC xəbər verir ki, martın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları yerli icra strukturlarının nümayəndələri ilə birlikdə 15 saylı TSEK əməkdaşlarının fəaliyyəti, vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, eləcə də əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, ölkəmizin bütün regionlarındakı TSEK-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, eləcə də əlillik müayinələrinin müasir tibbi avadanlıqlar vasitəsilə aparılması nazirliyin diqqət mərkəzindədir. Artıq ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən 19-u müasir iş şəraitinə malikdir. Bu işlər sürətlə aparılır və yaxın vaxtlarda digər TSEK-lərin də müasir iş şəraiti ilə təminatı həyata keçiriləcək. Bu işlərdə əsas məqsəd vətəndaşların TSEK-lər tərəfindən normal iş şəraitində qəbul edilməsi, onların keyfiyyətli xidmətlə təmin olunmasıdır. Eyni zamanda, bu komissiyalar nazirliyin həmin region üzrə digər yerli qurumları ilə eyni binalarda yerləşdirilir. Bu da əhaliyə sosial təminat növləri, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, eləcə də tibbi-sosial ekspertiza ilə bağlı xidmətlərin vahid məkanda göstərilməsinə, bu qurumların öz fəaliyyətlərini bir-biri ilə əlaqəli şəkildə və daha səmərəli həyata keçirməsinə imkan verir.
Diqqətə çatdırılıb ki, son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün bu sahəyə nəzarət daha da artırılıb. Bunun nəticəsində əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, əlillik müayinəsi sisteminin avtomatlaşdırılması məqsədilə bir sıra işlər həyata keçirilib.
Bildirilib ki, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi nəticəsində əlillik müayinəsi üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsinin təmin edilməsi əlillik təyinatlarının şəffaf şəkildə aparılmasına şərait yaradıb.
Sonda komissiyanın əməkdaşlarına əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, əlilliyi olan şəxslərin reabilitasiya potensialının müəyyən olunması üçün nazirliyin bərpa-müalicə mərkəzləri ilə əlaqəli fəaliyyətin gücləndirilməsi barədə tapşırıqlar verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47