Bakı, 10 mart, AZƏRTAC
“Expressbank”-ın Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə görə “Expressbank”-ın filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.