Yaponiyanın Sumoto şəhərində beş nəfərin ölümü ilə nəticələnən insident baş verib.

ANS PRESS-in məlumatına görə, 40 yaşlı şəxs qonşuluqdakı evlərə daxil olaraq ev sahiblərinə bıçaq zərbələri endirib. Nəticədə 2 kişi və 3 qadın həlak olub. Yaponiya polisi şübhəli şəxsi yaxalayıb.

Hazırda cinayətin baş vermə motivləri araşdırılır.

Yerli mətbuatın məlumatına görə, ölən şəxslərdən biri ötən həftə naməlum şəxs tərəfindən hədə-qorxular aldığını polisə bildirmişdi.
Mənbə
Associated Press