Bakı, 10 mart, AZƏRTAC
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı manatın devalvasiyasından sonra da kreditləşməni həm manatla, həm də dollarla həyata keçirməkdə davam edir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, FINCA bu günə qədər tətbiq etdiyi şərtlər və faiz göstəriciləri əsasında məhdudiyyətsiz olaraq kredit verməni ölkənin bütün regionlarında fəaliyyət göstərən 67 filial ofisi vasitəsilə icra etməkdədir.
Müştərilərinə sadiq qalan təşkilat xüsusilə dollar ilə kredit götürmüş və ödənişlərdə çətinliklə qarşılaşan müştərilər üçün kreditlərinin ödəniş müddətində müəyyən güzəştlərin tətbiq olunmasını nəzərdə tutub.
Bununla yanaşı, “FINCA Azerbaijan” fevralın 17-dən martın 16-dək “4x4 Novruz Sevinci” stimullaşdırıcı lotereyasını və fevralın 18-dən martın 17-dək xanımlara 8 Mart endirim kampaniyasını da davam etdirir.
Ətraflı məlumatı təşkilatın *2525 nömrəli Məlumat Mərkəzindən, www.fincaazerbaijan.com internet ünvanından və https://www.facebook.com/FINCAAzerbaijan rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.