Sumqayıtda küçə şahmatına maraq var (VİDEO)
ANS TV-nin məlumatına görə, şahmat oyunundan baş çıxardan və hətta çıxartmayan bilir ki, bu oyunu adətən masa arxasında oturaraq sakit abu-havada oynayırlar. Amma Sumqayıt sakinləri qoyulan bu qayda-qanunu yerli-dibli təkzib edir. Onlar havanın xoş olmasından istifadə edərək, demək olar ki, hər gün parklarda quraşdırılan şahmat lövhələrində əsil çempionatlarını keçirirlər. Həcmdə və çəkidə klassik şahmat fiqurlarını dəfələrlə keçən bu fiqurları yerindən tərpətmək üçün fiziki hazırlıqlı olmaq da gərəkdir. Misal üçün, Allahverdi Mahmudov küçə şahmatını oynamaqdan ötrü Novxanı kəndindən bura üz tutur.
“Masa arxasında oturub variantları sayırsan. Nisbətən yorğunluq hiss edirsən. Burda, təmiz havada hərəktdə olursan deyə yorğunluq hiss etmirsən”, – deyə şahmat həvəskarı Allahverdi Mahmudov bildirib.
Təmiz hava, zehnin işləməsi, fiziki iş. Bütün bunlar şahmat həvəskarlarını qorxutmur. Amma deyirlər ki, küçədə oynanIlan şahmat oyununun mənfi cəhəti də var. O da, oyunçulara qıraqdan olan müdaxilədir.
Şahmat həvəskarı Əlövsət Mehdiyev deyir ki, əsəbi olduğuma görə, oynamıram, çünki oyun zamanı kənarda olunan müdaxilələrə səbrim çatmır.
Bütün idman növlərində olduğu kimi bu oyunda da bir qalib olur. Bu dəfəki oyunda uduzan heç də məyus görsənmir. Çünki mütləq şəkildə növbəsi çatdıqda, yenidən bu lövhə arxasına keçərək sözün əsil mənasında “at oynadacaq”.
“Şahmatla gənc yaşlarımdan məşğul olmağa başlamışam. O vaxtdan da buna marağım böyükdür. Demək olar ki, hər gün bura gəlib şahmat oynayıram”, – deyə şahmat həvəskarı Təbriz Aslanov vurğulayıb.
Hər halda, küçələrdə, parklarda quraşdırılan bu şahmat oyununa şəhərdə maraq böyükdur. Siz də yolunuzu bu tərəflərdən salsaz mütləq ayaq saxlayıb, ağ qara fiqurların aləminə baş vurun. Ağın qaranın üstündə və ya qaranın ağın üstündə qalibiyyət çalıb-çalmadığı vacib deyil. Vacib olan bu fiqurların arxasında duran şahmat həvəskarının zehni və qəlbidir.
Mənbə
ANS-TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47