Tarixin ANS-nin yeni hədəfləri (VİDEO)
Keçmiş Sovet respublikaları arasında ilk özəl, müstəqil telekanal ANS-in bu gün qeydiyyatdan keçdiyi gündür. Bunadək, yəni 1991-ci ilin noyabrın 26-dan “Azerbaijan News Service” adı altında dövlət televiziyasının tərkibində həftədə bir dəfə 15 dəqiqəlik efirlə tamaşaçıların görüşünə gəlirdilər. ANS-in təsisçiləri Vahid, Seyfulla Mustafayevlər və Mir Şahin Ağayev hələ 1991-ci ilin noyabr ayından, efirə ilk dəfə çıxandan sonra belə bir qərara gəldilər ki, şirkət regionda ilk müstəqil telekanal kimi rəsmi qeydiyyatdan keçməlidir. Televiziyanın nizamnaməsi hazırlandıqdan sonra bir sıra rəsmi qurumlarla danışıqlara başlanır. Amma nəinki Azərbaycanda, ümumiyyətlə Sovet İttifaqında müstəqil televiziyanı qeydiyyata almaq mexanizmi olmadığından müxtəlif qurumlardan müxtəlif bəhanələr gəlir.
Həmin dövr həm də mürəkkəb siyasi proseslərlə dolu idi. Qarabağda müharibə gedir, Bakıda isə hakimiyyətlə müxaliflər arasında gərgin situasiya yaranmışdı. ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev həmin dövrün çətinilklərindən söz açarkən, yeni müstəqillik qazanmış Azərbaycanın müstəqilyinin atributlarından biri kimi azad medianın yaranmasının vacibliyini vurğulayır.
Vahid, Seyfulla Mustafayevlər və Mir Şahin Ağayev bu işin öhdəsindən gəlirlər. Baxmayaraq ki, sovet tərbiyəsi görmüş insanları, gözü-qulağı dövlət xəbərlərini eşidib görməyə alışmış şəxsləri müstəqil informasiyaya hazırlamaq elə də asan məsələ deyildi. Müstəqil ANS dəqiq, qərəzsiz, vicdanlı xəbərin vacibliyini xalqa çatdırdı.
"91-ci ilin noyabr ayında Qarabağ səmasında bizm vertolyot vurularkən dövlət televiziyası onun sadəcə olaraq dumana düşüb, dağa dəyib partlaması haqqında məlumat vermişdi. Biz isə ilk olaraq bu vertolyotun ermənilər tərəfindən törədilmiş terror aktı kimi qələmə verdik. Ondan sonra Xocalı faciəsi baş verəndə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri sadəcə olaraq orada döyüşlərin getməsi və bir neçə nəfərin yaralanması haqqında məlumat vermişdi. Biz bu məlumatı tam çılpaqlığı ilə şəhidlərin sayı və faciənin dəhşətini tamaşaçılarımıza çatdırdıq. Bizim mövcudluğumuz Azərbaycanın çətin anlarında birinci şəxsə, rəhmətlik Heydər Əliyevə dürüst məlumatlar verirdik. Məsələn, Sürət Hüseynovun ordusunun Bakıya yaxınlaşması, OMON bazasında baş verən fəlakət və digər məlumatları rəhmətlik Ulu Öndərimiz Heydər Əliyev ilk dəfə bizdən xəbər tuturdu. Bundan sonra lazımi tədbirlər görürdü. Bu gün də biz prezidentin himayəsini hiss edirik. O, daim bizə hər işimizdə dəstək olur. Ona görə ki, bizin ölkəmiz bu gün müstəqildir və sözsüz ki, bizim prezidentə tam müstəqil bir media qurumu lazımdır ki, onun alternativ informasiya mənbəyi olsun”, - ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev bildirdi.
Fəaliyyətinə “Xəbərçi” proqramı ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə, film və serialları ilə tamaşaçılarının qarşısındadır. Sonda ANS-in prezidenti bir şad xəbəri də diqqətə çatdırdı:
“Biz bu il binamızı tikməyə başlayırıq. Cənab prezident bizim layihəni təsdiqləyib. İnşallah bu ilin sonu, gələn ilin əvvəlində 23 il icarədə yaşayan, amma qeyrətini uca tutan ANS kanalı artıq öz binasına köçəcək. Buna görə bu işdə əməyi keçən vəzifəli şəxslərə və ANS-çilərə böyük təşəkkürümü bildirirəm”.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47