Rusiya prezidenti Vladimir Putin bir sıra şəxslərin təltif edilməsi barədə sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, Putinin sərəncamına əsasən Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə komitəsinin sədr müavini Andrey Luqovoyu təltif edilib.

Luqovoy II dərəcəli "Vətən qarşısında xidmətlərə görə" medalla təltif edilib.

Qeyd edək ki, Andrey Luqovou 1966-cı ildə Bakıda anadan olub. O, SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb.

Xatırladaq ki, Vladimir Putin Çeçenistanın dövlət başçısı Ramzan Kadırovu "Şərəf" ordeni ilə təltif edib. Təltif edilənlər arasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, Azərbaycan prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da var.

Onlar Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir.
Mənbə
ANS PRESS