Anspress-in məlumatına görə, Gül ailəsi bursalı iş adamı Abdullah Karadere ilə quda olub.
Abdullah Karaderenin qızı Zəhra Ayşe Qara Hacettepe Universitetinin tibb fakültəsinin son kursunda oxuyur.
Türkiyə mətbuatı yazır ki, Abdullah Gül və həyat yoldaşı Hayrunnisa Gül şənbə günü səssiz-sədasız Bursaya gedərək Abdullah Karaderenin evinə elçiliyə gediblər. Nişan mərasimində üzükləri şəxsən sabiq prezident özü gənclərin barmaqlarına taxıb.
Gülün gəlişindən Bursanın səlahiyyətlilərin belə xəbəri olmayıb.
Milli.Az