Bakıda yaşayış evində yanğın baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 8-də saat 23 radələrində Xətai rayonunda qeydə alınıb.

İbrahim Süleymanovun yaşadığı mənzildə tüstüləmə və daha sonra yanğın olub.

Nəticədə 2 kvm. sahədə xalça yanıb. Hadisə niticəsində İ.İbrahimovun oğlu İsmayıl və qızı Zeynəb yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS