Bakıda mənzildən 1000 manat dəyərində qəpik oğurlanıb. ANS TV-nin Məlumatına görə, hadisə Səbail rayonu, O.F.Nemanzadə küçəsi 58/16 ünvanında baş verib.

Oğurluq həmin ünvanda yaşayan 53 yaşlı Bağırzadə Xoşbəxt Bayram qızının evindən olub.

Polisə müraciət edən qadın bildirib ki, evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq mənzilə soxulublar.

Evdən ümumilikdə dəyəri 1000 manata yaxın olan 50 qəpikliklər oğurlanıb.

Oğurluğun kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS-TV