"Barselona"nın futbolçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının 26-cı turunda "Rayo Valekano"ya qarşı matçda (6:1) baş verib.
Sözügedən qarşılaşmada üç qol vuran argentinalı hücumçu La Liqadakı het-triklərinin sayını 24-ə yüksəldib. Bununla da o, 23 het-trik edən Kriştianu Ronaldunu geridə qoyaraq ilk pilləyə yüksəlib.
Sözügedən qarşılaşmada üç qol vuran argentinalı hücumçu La Liqadakı het-triklərinin sayını 24-ə yüksəldib. Bununla da o, 23 het-trik edən Kriştianu Ronaldunu geridə qoyaraq ilk pilləyə yüksəlib.
Qeyd edək ki, L.Messi bu mövsüm "Barselona"da oynadığı 37 oyunda 38 qol vurub və 22 qolun ötürməsini verib.
Milli.Az
Milli.Az