Bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə nazirlər kabinetinin iclası keçiriləcək.Bu, prezidentin rəhbərliyi ilə keçirilən ikinci iclas olacaq
Anspress-in məlumatına görə, iclasın əsas gündəm maddəsi devalvasiya – yerli valyutanın xarici valyuta qarşısında öz dəyərini itirməsi olacaq.
Ərdoğanın ABŞ səfərindən qayıdarkən iqtisadiyyat naziri Əli Babacan və mərkəzi bankın direktoru Ərdəm Başçı ilə görüşəcəyini deməsindən sonra Əli Babacan da vəziyyət barədə nazirlərə hesabat verəcək.
İclasın digər maddəsi isə “sülh prosesi” zamanı silahların buraxılması və daxili təhlükəsizlik paketinin müzakirəsi olacaq.
Qeyd edək ki, bu prezident Ərdoğanın rəhbərliyində keçirilən 2-ci nazirlər kabineti iclası olacaq.
Milli.Az