ANS-in qeydiyyatdan keçməsindən 23 il ötür
Ədliyyə Nazirliyi isə ölkədə yeni müstəqil televiziyanın açılması üçün dövlət televiziyasından icazə almağı təklif edib. Beləliklə, 1992-ci il martın 9-da ANS təsisçilərinin müraciətinə müsbət cavab verilir. Fəaliyyətinə “Xəbərçi” ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə tamaşaçılarının qarşısındadır.
"Bizim üçün Azərbaycanda Sovet ənələri ilə müstəqil, dəqiq və qərərsiz televiziya, ümumiyyətlə, informasiya vasitəsi yaratmaq çox çətin idi. Bizim bütün səylərimiz, müstəqil, obyektiv şəkildə hansısa məlumatı tamaşaçılara çatdırmağımız hər zaman elə həmin auditoriya tərəfindən ikimənalı qarşılanırdı. İnsanlar gözləyirdilər ki, biz kiminsə tərəfini saxlayaq. Yəni televiziya təbliğatçı, kiminsə mənafelərini qoruyan bir qurum olaraq insanların şüurunda qalırdı. Lakin bunu dağıtmaq lazım idi. Bu çətin məsuliyyət ANS-in üzərinə düşdü”, - deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məsələ ilə bağlı fikirlərini açıqlayarkən söyləyib.
V.Mustafayev qeyd edib ki, 1992-ci ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra bu proseslər daha rahat həyata keçməyə başlayıb: "Biz Heydər Əliyevin gəlişi ilə vəziyyətin daha da sərtləşməsini gözləyirdik. Lakin o bizim gözümüzün qarşısına demokratik insan kimi çıxdı və doğrudan da mediaya çox böyük dəstək verdi. Biz bu demokratik mətbuatı Azərbaydana inkişaf etdirə bildik".
Hazırda Azərbaycanda fəaliyyət göstərən televiziyalar 3 hissəyə bölünür. Bunlar bütün ölkə üzrə yayımlanan, ayrı-ayrı regionları əhatə edən və son vaxtlarda yaranan kabel televiziyalarıdır. Birinci kateqoriyaya, yəni ölkənin bütün ərazisində yayımlanan 8 telekanal daxildir. Onların içində ilk olaraq 1955-ci ildə yaradılan və 14 fevral 1956-cı ildə yayıma başlayan Azərbaycanın Dövlət Teleradio Verlişləri Şirkəti də var. Bu dövlət telekanalından sonra Azərbaycanın və ümumiyyətlə MDB-nin ilk özəl teleşirkəti olan ANS 1992-ci ilin bu günündə müstəqil telekanal kimi fəaliyyətə başlayıb və özündən sonra yeni müstəqil telekanalların yaradılmasına yol açıb. Belə ki, 5 illik fasilədən sonra, 1997-ci ilin yanvarın 10-da ölkə ərazisini əhatə edən ikinci müstəqil televiziya, “Space” televiziyası yaradılıb. İki il sonra Azərbaycanın teleməkanına daha bir telekanal daxil olur. Bu, 28 dekabr 1999-cu ildə yaradılmış "Lider" televiziyasıdır. XXI əsrin ilk illərində, daha bir kanal öz verilişləri ilə Azərbaycan tamaşaçılarının ixtiyarına verilib. Bu, 25 dekabr 2002-ci ildən fəaliyyətə başlayan “Azad Azərbaycan” telekanalıdır. Növbəti, Azərbaycan Dövlət Televiziyasının 2-ci kanalının bazasında yaradılmış və 29 avqust 2005-ci il tarixində fəaliyyətə başlamış "İctimai" televiziyasıdır. Daha sonra isə 2007-ci ildə “Xəzər” televiziyası yaranır. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47