Bakının Xəzər rayonunda fəaliyyət göstərən cücə sexində yanğın baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 130 kv.m olan cücə sexinin yanar konstruksiyaları 65 kv.m sahədə yanıb.

Hadisə zamanı içəridə olan, naməlum sayda toyuq tüstüdən bogularaq tələf olub.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS