“Quranı oxuduğunuz zaman qadının əhəmiyyəti başa düşülür”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin futbol üzrə yığmasının və “Fənərbaxça” klubunun keçmiş oyunçusu, futbol şərhçisi və köşə yazarı Rıdvan Dilmən müsahibəsində deyib. Dilmən, dünya qadınlar günü münasibəti ilə verdiyi müsahibədə qadınlar və qızların dünyanın ən müqəddəs varlıqları olduğunu deyib.

“Quranı oxuduğunuz zaman qadının əhəmiyyəti başa düşülür. Məncə qadınlarımız, qızlarımız dünyanın ən müqəddəs varlıqlarıdır. Sadəcə 8 martla gündəmə gəlmələri və sadəcə o gün qadınlarımız demək açığı məni narahat edir. Mənim üçün 365 gün qadınlar günüdür. Bütün dünyadakı analarımızın və qızlarımızın gününü təbrik edirik, sadəcə 8 martı yox”.

Qeyd edək ki, Rıdvan Dilmən ötən gün 16 yaşlı qızı Eda ilə birlikdə qadınlar günü münasibəti ilə “Ana Uşaq Fondu” (AÇEV – Anne Çocuk Vakfı) üçün futbol oynayıblar.










Mənbə
ANS PRESS