Madrid, 9 mart, AZƏRTAC
Bədii gimnastika üzrə İspaniya çempionu Karolina Rodrigez halqa ilə yaratdığı yeni rəqsi ilə dünyanı fəth etməyə hazırlaşır.
Rəqsin premyerası martın 21-22-də Fransada keçiriləcək Gran Pri yarışlarında olacaq. Gimnast eyni hərəkətləri Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da nümayiş etdirəcək.
Yeni xoreoqrafiya özündə dinamik flamenko ritmlərini əks etdirir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid