Respublika ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək
Bakı, 8 mart, AZƏRTAC
Martın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, gecə arabir 23 m/s-dək gücləncək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti.
Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 % təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3°-7°-şaxta , gündüz 3-2° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s təşkil edəcək, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal -şərq küləyi 5-10 m/s, gecə və səhər arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47