ANS PRESS-in məlumatına görə, İraqda xidmət edən kanadalı əsgərlərdən ibarət manqa Peşmərgə qüvvələrinin postuna yaxınlaşdıqda tərəflər arasında atışma yaranıb.
Hadisə nəticəsində, kanadalı hərbçi, çavuş Andre Cozef Doyron aldığı güllə yarasından ölüb. Daha 3 Kanada əsgəri isə yaralanıb.
Bu barədə Kanada müdafiə nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, yaralıların səhhətinin normallaşması üçün əlimizdən gələni edirik. “Dost atəşi ilə səhvən vurularaq ölən əsgər” üçün isə başsağlığı verilir.
MənbəANS PRESS